“Azərbaycan dili və ədəbiyyatı aylığı” çərçivəsində “Bilik yarışı” keçirildi

Martın 28-də məktəb rəhbərliyinin iştirakı ilə “Azərbaycan dili və ədəbiyyatı aylığı” çərçivəsində beşinci siniflər arasında Azərbaycan dili və ədəbiyyat fənləri üzrə “Bilik yarışı” keçirildi. Yarışda şagirdlərə V sinif proqramını əhatə edən mövzular üzrə suallar təqdim olundu. Suallar V sinifdə Azərbaycan dili fənnini tədris edən müəllimlər tərəfindən hazırlanmışdır və şagirdlərin intelektual səviyyəsinə, bilik və bacarıqlarına uyğun idi. Yarışmada 5a sinfinin şagirdləri daha çox sualı düzgün və vaxtında cavablandırdıqları üçün qalib seçildilər və diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi