“Sağlamlığımızı qoruyaq” adlı maarifləndirici tədbir keçirildi
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı məktəbin 6-cı sinif şagirdlərinin iştirakı,biologiya müəllimi Mələk Ələkbərovanın təşkilatçılığı ilə “Sağlamlığımızı qoruyaq” adlı maarifləndirici tədbir keçirildi.