“Biliyini paylaş” layihəsi davam edir

“Biliyini paylaş” layihəsi davam edir
Bakı şəhəri 75 nömrəli tam orta məktəbin "Biliyini paylaş" komandası və layihə mentoru Əliyeva Konul müəllimin təqdimatı ilə 23 dekabr 2022-ci tarixində növbəti seminarimiz keçirildi. Seminarın budəfəki mövzusu "Azərbaycan dili dərslərində Canva-nin tətbiqi" idi. Mövzu ətrafında təqdimatlar nümayiş olundu. Platformanın imkanları müzakirə edilib, layihə əsaslı Azərbaycan dili dərslərində tətbiqinin mümkünlüyü hamının nəzərinə çatdırıldı.