"Biliyini paylaş" layihəsinə start verilmişdir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən həyata keçirilən "Biliyini paylaş" layihəsinə start verilmişdir. İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumitəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs porsesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.
Birinci mərhələdə layihə əsalı tədris barədə məlumatı olan, layihə əsaslı öyrənməni dərs porosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl muəllimlər müəyyənləşir,əsas məqsəd həmin müəllimlərin öz təcrübələrini digər həmkarları ilə paylaşması,tanınmasıdır.
Birinci mərhələdə uğur qazanan məktəbimizin ibtidai sinif müəllimi Könül Əliyevanı ürəkdən təbrik edir,növbəti mərhələdə uğurlar arzulayırıq.