"Azərbaycan dili milli varlığımızdır" adlı dəyirmi masa keçirildi
30.11.2022-ci il tarixində saat 1300-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin rahatlığı daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı icrası üzrə "Azərbaycan dili milli varlığımızdır" adlı dəyirmi masa fənn müəllimi Səttarlı Səmra tərəfindən keçirildi. Tədbirdə fənn metodbirləşmə rəhbəri Ş.Əntiqə müəllim, tərbiyə işləri üzrə direktor muavini Ə.Bədəl müəllim, fənn müəllimi Sara müəllim, kitabxana müdiri Nargilə xanım iştirak etdi. Tədbirə Ş.Əntiqə müəllimin çıxışı ilə başlanıldı. Sonra şagirdlər çıxışlarını etdilər, şeirlər söylədilər. Sonda Bədəl müəlim və Nargilə xanımın çıxışı ilə yekunlaşdı. Şagirdlərə Azərbaycan dilinin milli varlığımız olduğu, dilimizi qorumağın borcumuz olduğunu və ən əsası dilimizdən düzgün və yerində yaxşı istifadə etməli olduğumuzu aşılamağa çalışdıq.