“Zəfər tarixi” konfransı keçirildi

“Zəfər tarixi” konfransı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən 30 noyabr tarixində məktəb rəhbərliyinin iştirakı ilə “Zəfər tarixi” fənnini tədris edən müəllim və məktəbin 9 – cu sinif şagirdlərinin birgə təşkil etdikləri konfrans keçirildi.

Konfransın I mərhələsi təlimata müvafiq olaraq məktəbin “Zəfər tarixi” fənnini tədris edən Eldanə Abdullayevanın 9a və 9b siniflərində interaktiv dərslərin təşkili ilə başladı. Dərslərin təşkilində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarət olmuşdur.

Konfransın II mərhələsi məktəb rəhbərliyinin, “Zəfər tarixi”ni tədris edən müəllim və 9 – cu sinif şagirdlərinin iştirakı ilə məktəbin konfrans zalında davam etdirildi.

Konfransda “Zəfər tarixi” fənnini tədrisi edən Eldanə Abdullayeva məruzə ilə çıxış edərək Vətən müharibəsində qazanılmış qələbə ilə Azərbaycanın öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini mətinliklə bütün dünyaya nümayiş etdirdiyini, Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, Müzəffər Ordumuzun gücü və igid oğullarımızın canı-qanı bahasına əldə olunmuş Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirdi.

Məktəbin 9a və 9b sinif şagirdlərinin hazırladıqları təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılandı.

Sonda çıxış edən məktəbin direktoru Həqiqət Bayramova şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə konfransların keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi