X. Vəliyev adına 75 nömrəli tam orta məktəbin 3 illik inkişaf planı məktəbin direktoru Həqiqət Bayramova təqdim olundu
25 aprel 2022-ci ildə ARTİ-MDPİM əməkdaşları tərəfindən X. Vəliyev adına 75 nömrəli tam orta məktəbin 3 illik inkişaf planı məktəbin direktoru Həqiqət Bayramovaya təqdim olundu. Məktəbin İnkişaf Planında (MİP) yer alan hər il üçün ümumi fəaliyyətlər, ehtimallar, risklər və ARTİ-MDPİM tərəfindən məktəbə göstəriləcək medotik xidmət sahələri müzakirə olundu.
Qeyd edək ki, MİP Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) tərəfindən 2021-ci il 27-28 oktyabr tarixlərində X. Vəliyev adına 75 nömrəli tam orta məktəbdə aparılan 4 istiqamət üzrə keyfiyyət monitorinqi əsasında hazırlanmışdır. ARTİ-MDPİM əməkdaşları və məktəb heyəti arasında MİP-in hazırlanması ilə bağlı müzakirələr aparılmış və təhlillər nəticəsində fəaliyyət sahələri müəyyən edilmişdir. Eyni zamanda məktəb psixoloqu və kitabxanaçı ilə görüşlər təşkil olunmuş, MİP-də reallaşdırılması mümkün olan fəaliyyətlər üzrə təkliflər müzakirə olunmuşdur.
75 nömrəli tam orta məktəbin rəhbərliyi və pedaqoji heyəti adından ARTİ-MDPİM əməkdaşlarına təşəkkür edir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.