31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məktəbdə dəyirmi masa keçirildi
31 Mart Azərbaycanlıların soyqırım günü və bu günün tarixini , qonşu düşmən dövlətin yerli əhaliyə törətdikləri müsibətlər , qardaş Türkiyə dövlətinin Azərbaycana köməyi haqqında söhbət-muzakirə təşkil edildi, sənədli filmdən qısa epizodlar nümayiş etdirildi. 3b sinfinin şagirdləri ilə birlikdə canva.com Web2 platforması üzərində 31 Mart Azərbaycanlıların soyqırımi ilə bağlı sinif posteri hazırlandı.
Martın 31 -də isə məktəbin tarix müəllimi Eldanə Abdullayevanın rəhbərliyi və təşkilatçı Bədəl Əmənovun iştirakı ilə məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Məktəbin tarix müəllimi Eldanə Abdullayeva bildirdi ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir. Qeyd olunmuşdur ki, bu həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.