İrəvan Müəllimlər Seminariyasının 140 illiyi
İrəvan Müəllimlər Seminariyasının 140 illiyi
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planının I bəndinə əsasən məktəbin tarix müəllimi Asif Hüseynovun təşkilatçılığı ilə "Dəyirmi masa" keçirildi.
Asif müəllim İrəvan Müəllimlər Seminariyasının Azərbaycan pedaqogika tarixindəki rolundan, seminariyanı bitirənlərin gələcək fəaliyyətindən, o cümlədən məşhur Azərbaycan alimi, tənqidçi və pedaqoqu Firidun bəy Əhmədağa oğlu Köçərlinin İrəvan Müəllimlər Seminariyasının fəaliyyətindəki rolu ilə bağlı məruzə etdi.Məktəbin şagirdləri Firidun bəy Köçərlinin bir tənqidçi kimi Azərbaycan ədəbiyyatında görkəmli yazıçı və şairlərin tərcümeyi-halı və yaradıcılığını dünyaya tanıtması haqqında çıxış etdi.