Şairə Gülarə Munislə görüş keçirildi
Fevralın 18-də Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin 3a sinfində şairə, publisist Gülarə Muislə ( Gülarə Kərimova Musa qızı) görüş təşkil olundu. Tədbirdə məktəbin direktoru Həqiqət xanım Bayramova, müəllimlər , məktəbin kitabxanaçısı Nargilə xanım və Sabunçu rayon MKS - nin 12 saylı kitabxana filialının müdiri Vəsilə xanım Məmmədova iştirak edirdilər.Tədbir Beynalxalq Ana Dili Gününə həsr olunmuşdu.Üçüncülər Şairənin şeirlərini səsləndirdilər, nağıllarını səhnələşdirdilər. "Ana dilim, can dilim","Vətəndir","Ey bizə rəhbər baba!","Müstəqil Azərbaycan", "Sevək Azərbaycanı","Üç rəngli bayrağımız", "Söylə mənə ay nənə!","Vətənim" şeirlərini həvəslə və böyük məharətlə səsləndirdilər."Kirpinin nağıı", " Nar dənəsi", " Üç rəngin nağılı", " Küçə fənərinin nağılı", " Rezin topun nağılı" adlı nağıllırını səhnələşdirdilər.Şairəyə öz dünyalarına uyğun maraqlı suallar verdilər.
Uşaqların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Gülarə Munis Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1988 - ci ildən dövrü mətbuatda şeirləri,publisist yazıları və elmi məqalələri dərc olunur."Azad Qələm" qəzeti və "İşıq qadın" jurnalının əməkdaşıdır. 25 kitabı nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunub. Yaxın və Orta Şərqdə , o cümlədən Azərbaycanda ,azərbaycan türkcəsində " Divan" kitabı yazan ilk qadın şairədir. Hazırda ikinci " Divan" üzərində işləyir. Şairin yaradıcılığında qəzəl xüsusi yer tutur.
Sonda şairə Gülarə Munis uşaqlarla xatirə şəkili çəkdirdi.
Şairə sağlam və uzun ömür arzulayır, yeni - yeni əsərlərini səbirsizliklə gözləyirik.
Dəvətimizi qəbul edib gəldiyi üçün Gülarə xanım Munisə və tədbirin hazırlanmasında əməyi olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk!