"Zənginliyim daxilimdədir " layihəsinə start verildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Zənginliyim daxilimdədir " layihəsinin ilk həftəsi minnətdarlıq hissinə həsr olundu. Məşğələ zamanı şagirdlərə minnətdarlıq hissi ilə bağlı hekayə oxundu. Sonra şagirdlər əvvəlcədən kəsilmiş yarpaqlara minnətdarlıq hiss etdikləri bir vəziyyəti yazıb ağaca asdilar və onlara bu hisslə bağlı ev tapşırığı verildi.