Yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub

    “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri iştirak edib.Müsabiqənin əsas məqsədi “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək,  təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir. Məktəbin VIIB şagirdi Manaflı Əli fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi