Zəfər günü tədbiri kecirildi
5 noyabrda Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verildi.Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıdı.Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.
Məktəbin məzunlarından olan qazilər və döyüş iştirakçıları dəvət olundu, çıxışları dinlənildi.
Şagirdlər də öz növbəsində bu qürurverici günün xatirəsini əks etdirəcək videoçarxlar ,səhnəciklər, şerlər , vətənpərvər ruhda mahnılar təqdim etdilər.