Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyininin keçirilməsi ilə bağlı acıq dərs keçirildi
Təhsil Nazirliyinin 09.03.2021 ci il tarixli F-74 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyininin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən əyani tədris müddətində acıq dərslər, kompozisiyalar, lirik əsərlərin səsləndirlməsi təşkil edildi.25 mart 2021-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Günel İbayevanın təşkilatçılığı ilə VIII sinifdə açıq dərs keçirildi. Açıq dərsdə məktəbin direktoru Həqiqət Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavini İsmət Qurbanov, məktəbdənkənar işlər üzrə təşkilatçı Bədəl Əmənov, fənn məllimi Əntiqə Şərifova iştirak etdi. Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında müəllim və şagirdlərin çıxış dinlənildi, əsərlərindən qısa parcalar təqdim edildi.