"Mətbəx kulinariyası" mövzusunda yarış keçirildi
İncəsənət aylığı çərçivəsində VII a və VII b sinifləri arasında "mətbəx kulinariyası" mövzusunda yarış keçirildi. Yemək bölgüsündə oğlanlar şirniyyat qızlar isə salatlar hazırlamağı seçdilər. Yarışda məlum oldu ki, mətbəxdə oğlanlar daha səliqəli iş görmə qabiliyyətinə malikdirlər. Yarışın qalibi münsiflər heyətinin iştirakı ilə qiymətləndirmə meyarları əsasında müəyyən olundu. Yarışda VII a sinfi qalib gəldi. Qalibləri təbrik edirik.