“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi keçirildi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinədə məktəbimizin X sinif şagirdi Kazımzadə Leyla İlqar qızı və IX sinif şagirdi Rəsulova Narxanım Zaur qızı Sertifikatla təltif edilmişdir.Şagirdlərimizi təbrik edib, uğurlarının davamlı olmasını arzulayırıq.