İbtidai sinif şagirdlərinin oxu və yazı bacarıqlarının monitorinqi
Məktəbin ibtidai siniflərində məktəb rəhbərliyi tərəfindən şagirdlərin oxu , yazı bacarıqlarının monitorinqi aparılır. Məqsəd şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi,düzgün yazı mədəniyyəti,dil qaydalarına riayət etmə səviyyəsinin qiymətləndirilməsi və nəticəsi zəif olan şagirdlərlə aparılacaq metodiki işin istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.