' Emosional problemlərin əlamətləri ' adlı onlayn seminar keçirildi
06 fevral 2021 - ci ildə məktəbin psixoloqu Güldanə İbrahimova tərəfindən pedaqoji kollektivlə ' Emosional problemlərin əlamətləri ' adlı onlayn seminar keçirildi. ÜST - in məlumatına görə Azərbaycanda intihar halları digər ölkələrə nisbətən az müşahidə olunsada media mənbələrinə əsasən son ay ərzində 33 nəfər, bir il ərzində 600 nəfər özünə qəsd edib. Uzun müddət davam edən depressiv vəziyyət , çıxış yolunun olmaması hissi, faciəli sərlövhələr, fotolar, lüzumsuz sensasiya yaradır və intiharların təkrarlanmasına səbəb olur. Uşaq suisidlərinin 80%- in səbəbi uşağın öz valideynləri ilə görə baş verir. Uşaqlar üçün ən təhlükəli dövr 14-16 yaş hesab olunsada , artıq 10 yaşdan başlayaraq münbit mühitdə uşaq suisid haqqında düşünə bilir.
Məktəbdə isə ilkin əlamət kimi şagirdlərin depressiv vəziyyəti , tənhalıq və lazımsızlıq hissi özünü göstərə bilər.