Məhəmməd Füzuli və Nizami Gəncəvi yaradıcılığından bəhs edən ədəbi- bədii tədbir keçirildi
29 aprel mütaliə günü ilə əlaqdar şagirdlərin mütaliəyə marağını artırmaq, onların mütaliə vərdişlərinin, mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi, məqsədilə məktəbimizdə geniş tədbir keçirildi. Kitabxana müdiri Nargilə xanımın rəhbərliyi ilə hazırlanan ədəbi-bədii tədbirdə klassiklərimizin əsərlərindən nümünələr şagirdlərimizin ifasında maraqla ifa olundu. Tədbirin sonunda Tarix-Coğrafiya aylığında fərqlənən şagirdlər diplom və mükafatlarla təltif edildilər.