“Həmrəylik kuboku - 2019” intellektual oyunu

         Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında intellektual oyun təşkil olunub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil edilən “Həmrəylik kuboku - 2019” Nə?  Harada? Nə zaman?  intellektual oyununun keçirilməsinin əsas məqsədi təhsil işçiləri arasında həmrəyliyi möhkəmləndirmək, müxtəlif sahələr üzrə iştirakçıların istedad və dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə və təhliletmə qabiliyyətlərini inkişaf  etdirməkdən, intellektual oyunlara olan marağı daha da artırmaqdan ibarətdir.

Bilik yarışında BŞTİ və Təlimə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 39 komanda üç turda qalibiyyət uğrunda mübarizə aparıb.

          Yarışmada “İnkişaf” komandası birinci, “Zəfər” komandası ikinci, “İntellekt” komandası üçüncü yerə layiq görülüb.

Gərgin keçən intellektual qarşılaşmada qalib gələn komandanın üzvlərinə kubok, diplom və “İnci” şirkətlər qrupu tərəfindən hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi