“ Valideynin məktəbdə bir günü ”adlı lahiyə həyata keçirildi
Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı məqsədilə səmərəli platformanın yaradılması, təhsil siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin olunması, tədris prosesinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılması və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.11.2019- cu il tarixli F-448 nömrəli əmrin icrasını təmin edilməsi məqsədilə 16 dekabrda məktəbdə “ Valideynin məktəbdə bir günü ”adlı lahiyəsi həyata keçirildi.