"AİLƏMƏ MİNNƏTDARAM" adlı təşəkkür məktubu

https://www.facebook.com/100006336285891/videos/pcb.4158505961037239/1152354896933299?locale=ru_RU
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin müəyyənləşdirməsinə sistemli töhfə verir. Bütün bunları nəzərə alaraq "Ailəm və məktəbim" layihəsi çərcivəsində ibtidai sinif müəllimi Həqiqət Şirəliyevanın təşəbbüsü ilə şagirdlər "Ailəmə minnətdaram" adlı hazırladıqları təşəkkür məktublarını valideynlərinə təqdim etdilər.