“Təbii sərvətlər bizim əlimizdədir” adlı dərs

Yaşıl Layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsinin tədbirlər planına uyğun olaraq və məktəblilərdə ətraf mühitə sağlam münasibətin formalaşması, ekoloji biliklərin təcrübədə möhkəmləndirilməsi, təbiətə diqqət və qayğının artırılması məqsədilə bu gün məktəbin coğrafiya müəllimi Ülkər Məmmədovanın təşkilatçılığı ilə 6c sinifində şagirdləri ilə birlikdə “Təbii sərvətlər bizim əlimizdədir” adlı dərs keçirilmişdir. Şagirdlər bildirdilər ki, təbiət bizə bir çox qiymətli sərvətlər bəxş edib. Su, torpaq, meşələr, neft, qaz, minerallar kimi təbii sərvətlər insanların həyatında mühüm yer tutur. Bu sərvətlərdən düzgün istifadə etmək və onları qorumaq hər birimizin borcu olduğunu vurğuladılar. Sonda müəllim şagirdlərət təbii sərvətlər bizə əmanətdir. Biz bu sərvətlərə sahib çıxmalıyıq, onları israf etməməli və gələcək nəsillərə ötürməliyik. Hər bir insanın bu mövzuda məsuliyyətli olmağı vurğuladı. Unutmayaq ki, təbiəti qorumaq özümüzü qorumaq deməkdir.