Kiçik Akademiya

"Kiçik Akademiya"nın iclası keçirilib2023/2024-ci tədrisil ilinin başlaması ilə əlaqədar "Kiçik Akademiya"nın ilk iclası keçirilib. İclasa "Kiçik Akademiya"nın rəhbəri Ismayılova Hüsniyyə tədris ilində görüləcək işlər barədə məlumat verdi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər müzakirə edildi. 2023-cü ilin birinci yarımili üçün perspektiv iş planı təsdiq edildi. Kiçik Akademiyanın yeni tərkibi seçildi. Kafedralar üzrə iş bölgüsü aparıldıqdan sonra əlavə təkliflər dinlənildi.

Ətraflı

Tarix fakultəsnin şagirdlərinin uğruKiçik Akademiyanın tarix fakultəsinin X sinif şagirdləri Kərimli Firuddin,Eyvazov Məhərrəm, Mehdiyeva Aysel və Abbasova Fatimə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Hüquq Olimpiadasında iştirak edərək fərqləndiyinə görə şagirdlərimizi təbrik edirik.

Ətraflı

SASMO qalibləri mükafatlandırıldıKiçik Akademiyanın riyaziyat kafedrasının şagirdləri   SASMO (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası ) beynəlxalq riyaziyyat  olimpidasının nəticələrinə görə1 şagirdimiz qızıl medal, 1 şagirdimiz gümüş medal, 3 şagirdimiz bürünc medal və 15 şagirdimiz isə fəal iştirakına görə  görə sertifikatla təltif olunmuşdur. Şagirdlərimizi, valideyn və müəllimlərimizi təbrik edirik!

Ətraflı

“Hekayəni paylaş”Kiçik Akademiyanın üzvü 9F sinif şagirdi Fatimə Əlibaxşıyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Hekayəni paylaş” videotəqdimat müsabiqəsində iştirak edərək təşəkkürnamə ilə təltif olunmuşdur.

Ətraflı

Nəzrinin uğruKiçik Akademiyanın Riyaziyyat kafedrasının üzvü 6-cı sinif şagirdi Kəlbizadə Nəzrin Amerika Riyaziyyat Olimpiadasında iştirak edərək gümüş medal qazanmışdır.

Ətraflı

"Qarabağı tanıt " mövzusunda təqdimat müsabiqəsində II yerə tutduqBakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.09.2022-ci il tarixli F-304 nömrəli əmrinə əsasən "Qarabağı tanıt " mövzusunda təqdimat müsabiqəsi keçirilmişdi. Həmin təqdimatda müsabiqəsində Kiçik Akademiyanın üzvü 9f sinfinin şagirdi Leyla Xəlilova iştirak edərək II yerə layiq görülmüşdür.

Ətraflı

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransKiçikAkademiyanın iki üzvü 07.04.2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranda iştirak ediblər. Tarix kafedirasının IX sinif şagirdləri Orucov Mətləb və Bəxtiyarova Nəzrin Sabunçu məktəbləri arasında seçilən 10 şagirdlər sırasına layiq görülüblər. Şagirdlərimizin elmi rəhbəri Əfəndiyeva Aygül müəllim və Həsənzadə Damla müəllimi böyük uğur münasibətilə təbrik edirik.

Ətraflı

Şagirdlərimiz SAF 2021 FestivalındaTəhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən SAF 2021 festivalı dekabrın 9-da gün Bakı Ekspo Mərkəzində  start verilidi. Festivalda  təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak etdilər. Festival 10 kateqoriya üzrə keçirilirdi.  Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılmışdı. Məktəbimiz isə "3D Cad” və “Micro:bit”  kateqoriya üzrə yarışa qoşulmuşdular. "3D Cad”  kateqoriya üzrə "Lacci" lkomandasının rəhbəri Təranə Heydərova, üzvləri Bəhrəmov  Emil və Həsənzadə Nigar  təqdim etdikləri layihə ilə yarışa qatılaraq III yerə layiq görülmüşdülər. İki gün davam edən festival şagird və müəllimlərdə xoş ovqat yaratdı.

Ətraflı

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilibNoyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin (Regional İnkişaf - RİİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Həmin Forumda Kiçik Akademiyanın fəal üzvü IX sinf şagirdi Mətləb Orucov da Sabunçu rayonu və məktəbimizi layiqincə təmsil etdi.

Ətraflı

Şagirdimiz “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimatındaSabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsidə 8-ci sinif şagirdi Sahratlı Fidan hazırladığı təqdimatla II yerin qalibi olmuşdu. Qalib olan şagirdimizi təbrik edirik, ona uğurlar və müvəffəqiyyətlər arzulayırıq !

Ətraflı

Alfa 72” komandasının növbəti uğruƏsas məqsəd qoyub hədəfə inamla addımlamaqdır. Kiçik Akademiyanın "Alfa 72" komandasının 6 üzvi Əliyev Azad, Eyubova Leyla, Eyvazov Məhərrəm, Məmmədov Rəsul, Kərimli Firuddin və Zeynalova Aytac Nə? Harda? Nə zaman? intelektual yarışında qarşılarına qoyduqları həddəfə addım-addım yaxınlaşırlar. Beləki, 54 komanda içində 7-ciyerə çıxmışdılar.

Ətraflı

Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyasıSabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqəyə məktəbimizin 3 şagirdidə iştirak etmişdi. Bir şagirdimiz III yer, iki şagirdimiz Fərqlənmələrə layiq görülmüşdür.

Ətraflı

" Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans28.04.2021- ci il Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən " Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirildi. Konfransada K.A müəllimi Mikayılova Nərgiz və 10-cu sinif şagirdi Bəhrəmov Emil hazırladıqları təqdimat və elmi-məqalələrdən istifadə edərək çıxışlarını təqdim etdilər.

Ətraflı

Biologiya kafedrasını uğruSabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel - 15 aprel tarixlərində Biologiya kafedraları üzrə Sabunçu məktəbliləri arasında layihə müsabiqə keçirilmişdi. Məkəb-liseyin 8A sinifinin şagirdi Aydan Qocazadəni iştirak edərək 2-yerə layiq görülmüşdür. Müsabiqədə 100- ə yaxın şəxs iştirak edirdi. Layihələr yaradılmış komissiya tərəfindən müəyyən edilmiş meyarlar əsasında yoxlanılmışdır

Ətraflı

"Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsiSabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyinin təşkilatçılığı ilə Sabunçu məktəbləri arasında "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsi elan olunmuşdur. Bu müsabiqədə adımızın qaliblər sırasında olmaslnın xüsusi sevinci var. Şagirdlərimizdən Alqayeva Əsra I yer və Əliyev Azadı III yerin qalibi olmuşdul. Vətənimiz üçün hər zaman yararlı və səmərəli fəaliyyıtinizlə yaşayın! Sizlər Vətənimizin bu gününü yaşadanlar ,sabahını quranlarsınız! Zəfərimiz mübarək!

Ətraflı

Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfransSabunçu rayonu KA-nın rəhbərliyinin Aprel döyüşlərinə həsr etdiyi onlay konfransda10-cu sinif şagirdi Emil Bəhrəmov çıxış etdi. Eyni zamanda Emilin hazırladığı videoçarx da nümayiş olundu.

Ətraflı

Alfa 72 uğuru25.04.2020-26.12.2020-ci il tarixlərində Kiçik Akademiyanın 6 üzvi Əliyev Azad, Eyubova Leyla, Eyvazov Məhərrəm, Məmmədov Rəsul, Kərimli Firuddin və Zeynalova Aytac Nə? Harda? Nə zaman? intelektual yarışında 384 komanda arasında 24-cu yerə çıxmışdılar.

Ətraflı

Uğur olsun25.12.2019-cu il tarixində keçirilmiş Sabunçu rayon məktəbləri arasında,,İntellektual Olimpiada''nın I turunda məktəbimizin komandası 2-ci yeri tutmuşdur.Fidan ,Aydın ,Kənan və Nihad "Kiçik Akademiya"nın fəal üzvləridir.Uğur olsun.

Ətraflı

Şagirdlərimizin uğuruları2019-cu il Fənn Olimpiadalarının Respublika turunda coğrafiya fənni üzrə Kiçik Akademiyanın 2 üzvü Seyidova Günel Mirxəlil qızı və Mustafayev İlkin Yalçın oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikatla təltif olundular. Şagirdlərimizi və fənn müəllimi Quliyev Eldənizi təbrik edir və növbəti Fənn Olimpiadalarında daha çox qalib şagirdlərimizin olmasını arzulayırıq.

Ətraflı

Məktəbyanı sahədə ağac əkidi31.01.2019-cu ildə 72 saylı məktəb-liseyin Kiçik Akademiyası təsis edilmişdi. Bu münasibətlə 11 dekabr tarixində Kiçik Akademiyanın bəzi nümayəndələri məktəbyanı sahədə ağc əkdilər. Ümüd ediri ki, bu Kicik Akademiyanın üzvülərinin arasında bir ənənəyə çevriləcək

Ətraflı

“VII Qitəyə - yox deyək” nümunəvi dərs keçirilibMüasir dövrümüzdə elmin, texnikanın yüksək inkişafına baxmayaraq tez-tez təbii fəlakətlərin qarşısında aciz qalırıq. Son dövrlərdə bir çox texnogen xarakterli ekoloji problemlər insanların biganəliyi ilə daha çox bağlıdır. Bu baxımdan biologiya müəllimi İsmayılova Hüsniyyənin təşkilatçılığı ilə 8b sinfində “VII Qitəyə - yox deyək” devizi altında nümunəvi dərs keçirildi. Şagirdlər hazırladıqları təqdimatları təqdim edərək ətraf mühitin qorunması haqqında səhnəcik göstərdilər. Hazırladıqları səhnəcik və təqdimat çox maraqlı keçdi. Şagirdlər özləri də etiraf etdilər ki, bəzən heç fərqinə varmadan ətraf mühitə ziyan vururlar. Hüsniyyə müəllimə şagirdlərə gələcəyimizi qorumağın bizlərdən asılı olduğunu vurğuladı.

Ətraflı

“Kiçik Akademiya”nın növbəti iclası keçirilib15.05.2019-cu il tarixdə “Kiçik Akademiya”nın növbəti iclası keçirildi. İclasda Kiçik Akademiyanın şura üzvləri və fəal şagirdlər iştirak etdi. Himn oxundu. İclasın əsas məqsədi son tura icazə vəsiqəsi vermək üçün ayrı-ayrı kafedralarda etdikləri məruzə ilə diqqəti cəlb etmiş şagirdlərin məruzələrinin yenidən dinlənilməsi idi. İclasda aşağıdakı mövzularda məruzələr dinlənildi. 1. Fərzəliyev Mirmövsüm Xb sinfi - N.Gəncəvinin “İsgəndərnamə” poemasında İsgəndər obrazı. 2. Səhratova Məltəm Xa sinfi - Sinir sistemi haqqında bilmədiklərimiz 3. Mədətzadə Fidan IXa sinfi - “Dəm qazı” 4. Rzayeva İradə, Orucova Mehriban VIIIb – sinfi -“Qan təmizləmək üçün cihazın” maketi 5. İbrahimxəlilov Nurlan, Abdıyev Səxavət VIIId sinfi – “Elektrik cihazı” 6. Haqverdi Aydın VIIb sinfi - “Siz kimi qəhrəman adlandırırsınız” 7. Bayramlı Nübar VIIb sinfi - “Cəmiyyətdə ünsiyyət” 8. Nərimanova Fidan VIç sinfi – “Azərbaycanda Novruz bayramı” Məruzələr yenidən dinlənildi və çıxış edən şagirdlər arasında seçim aparılaraq son tura icazə vəsiqəsi verildi.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin təqdimatları dinlənildi26 aprel 2019-cu il tarixdə məktəbimizdə kimya, biologiya, fizika fənnləri üzrə “Kiçik Akademiya” üzvlərinin təqdimatları dinlənildi. Mövzular müxtəlif səpgidə olsa da çox maraqlı idi. Şahrafova Məltəm - Sinir sistemi haqqında bilmədiklərimiz. Qəhrəmanova Nigar - Deyavu Bəhrəmov Emil - Yer üzərində həyatın inkişafı Mədətzadə Fidan - Dəm qazı Cabbarova Aydan - Ağırlıq qüvvəsi və bitkilər “Kiçik Akademiya” hələ gəncdir, ilk addımlarını atır. Uğurlarımızın sayını artırmaq üçün bu birlik bizə çox vacibdir. “Kiçik Akademiya”da birləşərək şagirdlərimiz daha çox vərdişlərə yiyələnmək və gələcəkdə daha böyük nailiyyətlərə müvəffəq olacaqlar. Çünki məktəbimizin qabaqcıl müəllimləri hər bir şagird üçün bilik yolunun necə açılacağını, onları elmlə ovsunlamaq və istedadlarını ortaya çıxarmaq yolunu bilir və şagirdlərə öyrədirlər.

Ətraflı

Sosial psixologiya bölməsinin təqdimatı keçirilib12 aprel 2019-cu il tarixdə məktəbimizin psixoloqu Samirə Orucovanın təşkilatçılığı və rəhbərliyi ilə Sosial psixologiya bölməsinin üzvləri öz aktuallığı ilə diqqəti cəlb edən “Mən necə bir həyat yaşamaq istərdim” mövzusunda təqdimatla çıxış etdilər. Təqdimat mövzuları müxtəlif səpgidə və janrda olsa da, son nəticə şagirdləri bir nöqtədə birləşdirirdi. Tədbirdə şagirdlər aşağıdakı mövzular üzrə çıxış etdilər. Bayramlı Nübar -7b -“Cəmiyyətdə ünsiyyət” Tağıyeva Aişən -7ç - “Uşaq psixologiyası” Orucova Leyla - 7c -“Psixoloji münasibətlər” Bağırlı Nilufər - 7c -“Şiddət” Hüseynli Zəhra -7b -“Sülh müharibə” İbrahimli Elnurə -7b -“İnsana verilən dəyər” İrişov Vüsal - 7a -“Heyvanlara şiddət” Böyük müvəffəqiyyətlə keçən tədbirdə şagirdlər tərəfindən edilən təqdimatlar gənc nəslin bir-biri ilə sıx əlaqədə təmasına səbəb olmaqla onların nikbin ruhda böyüməsinə imkan yaradır.

Ətraflı

Coğrafiyaçılarımız fənn olimpiadasının final mərhələsindədirlərKiçik Akademiyanın coğrafiya bölməsinin şagirdləri 9-cu sinif şagirdi Mustafayev İlkin Yalçın oğlu,11-ci sinif şagirdi Seyidova Günel Mirxəlil qızı fənn olumpiadasının yarımfinal mərhələsindən final mərhələsinə keçdilər.Müəlĺimləri Quliyev Eldəniz müəllimi təbrik edir ,son mərhələdə şagirdlərimizə uğurlar arzulayırıq.

Ətraflı

Kiçik Akademiyanın üzvülərinin görüşü keçirilibKiçik Akademiyanın  bölmə rəhbərləri və üzvülərinin iştirakı ilə görüş keçirildi. Görüşdə növbəti ayda qarşıda düran məsələlər planlaşdırıldı və müzakirəsi aparıldı. Görüşün sonunda Kiçik Akademiyanın üzvüləri  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.

Ətraflı

Kimyaçılarımız yaradıcılıq müsabiqəsinin qalibi olduBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. Beləki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, məktəbimizdə fəaliyyət göstərən ”Kiçik Akademiya” nın üzvlərindən ibarət komandamız 38 balla I yerə layiq görülüblər. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqədə iştirak edən ”Kiçik Akademiya” nın üzvlərindən ibarət komandalar 3 nəfərdən (IX sinif-şagirdi Hüseynli Raul, X sinif şagirdi Şəfizadə Kənan, XI sinif şagirdi Hacıyeva Fidan) təşkil olunub. Komandanın rəhbəri məktəbimizin kimya müəllimi Mehbaliyeva Talehə idi. Şagirdlərimizi təbrik edib uğurlarının davamlı olmağını arzu edirik.

Ətraflı

MƏKTƏBİMİZDƏ "KİÇİK AKADEMİYA" YARADILIB11.03.2019-cu il tarixdə məktəbimizdə Kiçik Akademiya fəaliyyətə başladı. Kiçik Akademiyanın ilk Şura iclası çagirıldi. İclasda məktəbin biologiya müəllimi İsmayılova Hüsniyyə İmran qızı Kiçik Akademiyanın prezidenti və üzvlər seçildi. Şura Kiçik Akademiyanın İllik Fəaliyyət Planını təsdiq etdi. Kiçik Akademiyanın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi istiqamətlər üzrə bölmələr təşkil olundu. Artıq müxtəlif bölmələr üzrə 550-yə yaxın şagird Kiçik Akademiyanın üzvüdür. Kiçik Akademiyanın loqosu tərtib edildi. Loqo Kiçik Akademiyanın elmi araşdırma məqsədini tam şəkildə əks etdirdi.

Ətraflı

“KİÇİK AKADEMİYA” HAQQINDA ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA

         72 nömrəli məktəb-lisey 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respubli...

BİZİM FƏXRLƏRİMİZ

603.3 bal Tural Babayev Ruhi

Qətibə Rüstəmova Elsevər

HAQQIMIZDA

         72 nömrəli məktəb-lisey 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respubli...

BİZİM FƏXRLƏRİMİZ

603.3 bal Tural Babayev Ruhi

Qətibə Rüstəmova Elsevər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi