HAQQIMIZDA

         72 nömrəli məktəb-lisey 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 1990-cı il tarixli 289 nömrəli Qərarı ilə lisey yaradılmış, Azərbaycan Respublikası təhsil nazirinin 29 sentyabr 1991-ci il tarixli 645 nömrəli əmri ilə ona ixtisaslaşdırılmış “Lisey” statusu verilmişdir. Hazırda riyaziyyat-informatika təmayüllü məktəb-liseyin 88 sinfində 2523 şagird təhsil alır. Məktəb-liseydə 132 müəllimdən ibarət pedaqoji heyət çalışır.  Dərslər azərbaycan və rus dillərində aparılır. Məktəb-lisey 1992-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Fikrət Tağıyevin adını daşıyır. Məktəb lazımi təchizatla təmin olunmuş 3 tədris korpusundan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Fikrət Tağıyev adına 72 nömrəli  məktəb-lisey əsaslı təmir olunmuşdur. Məktəbdə  4 əməkdar müəllim, 2 qabaqcıl təhsil işçisi, 2 “Tərəqqi” medalı, 4 ali kateqoriyalı və 49 nəfər I dərəcəli müəllim çalışır.

2018/2019-cu tədris ilində məktəbin 4 müəllimi BŞTİ-nin, 1 müəllimi Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə, məktəbimiz isə BŞTİ-nin “Təşəkkürnamə”si ilə təltif olunmuşdur.2021-2022-ci tədris ilində 1 müəllimimiz əməkdar müəllim və 1 müəllimimiz  Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunmuşdur. 2022-2023-cü tədris ilində 1 müəllimimiz döş nişanı ilə təltif olunmuşdu. Məktəb-liseyin əsas məqsəd və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə bərabər, fizika, riyaziyyat, informatika fənnlərinə xüsusi maraq göstərən, bu fənnlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına lazımi şərait yaratmaqdan, onlara müvafiq istiqamət verməkdən ibarətdir.

         2022-2023-ci tədris ilinin  qəbul imtahanında 20 şagirdimiz 600-dən, 23 şagirdimiz 500-dən artıq bal toplamışdır. 157 nəfər məzun şagirdimizdən 157 nəfəri ali məktəblərə qəbul olmuşdur. RFO 1 şagirdimiz  coğrafiyadan fənn olimpiadasında gümüş, 1 şagirdimiz isə fizika fənni üzrə bürünc medal qazanmışdır.  https://youtu.be/0tyozwXX0fY

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi