IX sinif şagirdlərinə attestatlar verilib

Məktəbin IX sinif şagirdlərinə Ümumi orta təhsil haqqında attestatlar təqdim olunub. Qeyd edək ki, Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası” əsasında məzunlara təqdim olunub.
Məktəbin direktoru müavinləri şagirdləri attestat almaq münasibəti ilə təbrik edib, növbəti tədris ilində onlara müvəffəqiyyətlər arzu ediblər.