"Zərərli vərdişlər: Narkomaniya və alkoqolizm" mövzusunda maarifləndirici görüş

 "Zərərli vərdişlər: Narkomaniya və alkoqolizm" mövzusunda maarifləndirici-profilaktik görüş keçirildi.

Görüşü Sabunçu rayon 13-cü Polis Şöbəsinin baş inspektoru Münasib Kalbalıyev tərəfindən məktəbin həyətyanı sahəsində keçirildi.  O, şagirdlərə zərərli vərdişlər,  alkoqolizm və narkomaniya mövzusunda ilkin məlumatlar vermişdir. Siqaret, alkoqolizm və narkotik vasitələrin fiziki və psixoloji təsirləri, insan orqanizmində yaratdığı neqativ nəticələri şagirdlərə izah etdi. Xüsusilə son dövrlərdə yeniyetmələr arasında narkotik maddə istifadəsinin artma səbəbləri, yeniyetmələrdə narkotik maddə istifadəsinin qarşısını almaq məqsədilə görülə biləcək tədbirlər barədə şagirdlər ilə qarşılıqlı müzakirələr aparıldı. Görüşün  sonunda şagirdlərin sualları cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi