Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuş tədbir

Qarabağın musiqiçilərinin tanınması haqqında təqdimatlar davam edir. 5b sinfinin sinif rəhbəri Məqsədi Qəniyevanın təşkilatçılığı ilə məktəbin kitabxanasında Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə böyük xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Daha somra şagirdlər ifasında Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı haqqında məlumatlar verilmiş, repertuarından muğam, təsniflər və xalq mahnıları məktəbin şagirdlər tərəfindən ifa olunub.