"Vətən Müharibəsi-Qarabağ Zəfəri"

     "Vətən Müharibəsi-Qarabağ Zəfəri" adlı 17 mövzudan ibarət referat yazı müsabiqəsinin VIII, IX, X, XI sinif şagirdləri ilə məktəbdaxili mərhələsi keçirilmişdi. Müsabiqədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, Tarix və Azərbaycan dili müəllimləri iştirak edirdilər. Müsabiqə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir.
     Məktəbdaxili müsabiqədə X a sinif şagirdi  Abışzadə Nərmin Nail qızı qalib elan olunmuşdur. Nərminə növbəti turlarda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi