9-cu siniflərin FƏRQLƏNMƏ ATTESTATLARI təqdim edildi!

M. Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində 2024–2025-ci tədris ilində ümumi orta təhsil pilləsini yüksək nəticələrlə başa vuran 9-cu sinif şagirdlərimiz bu gün Fərqlənmə Attestatı ilə təltif olundular.
Əziz şagirdlərimiz!
Bu nailiyyət sizin əzminizin, səbrinizin və məsuliyyətinizin göstəricisidir. Qarşıda sizi daha böyük uğurlar, yeni hədəflər gözləyir. İnandınız, çalışdınız və bacardınız! Yolunuz daim açıq, uğurla dolu olsun!