2024–2025-ci tədris ilində əzmkarlıq və birlik uğura çevrildi.

2022–2023-cü tədris ilində məktəbimizdə 96 nəfər şagird 9-cu sinfi bitirmiş, onlardan yalnız 1 nəfər fərqlənmə attestatı almışdır. 2023–2024-cü tədris ilində bu göstərici artaraq 122 nəfər məzundan 4 nəfəri fərqlənmə attestatı ilə təltif olunmuşdur. 2024–2025-ci tədris ilində isə 98 nəfər şagird 9-cu sinfi bitirmiş, onlardan 12 nəfəri fərqlənmə attestatı alaraq əvvəlki illərlə müqayisədə ən yüksək nəticəyə imza atmışdır.
Bu rəqəmlər məktəbimizin tədris keyfiyyətindəki davamlı yüksəlişi, müəllim və şagirdlərin əzmkarlığını əks etdirir və bizə böyük sevinc və qürur hissi yaşadır.