7 nömrəli tam orta məktəbin Kiçik Akademiyanin üzvləri ADA Universitetinə dəvət olunublar.7 nömrəli tam orta məktəbin Kiçik Akademiyanin üzvləri ADA Universitetinə dəvət olunublar.
Kiçik Akademiyanın üzvləri coğrafik məlumatların həyat tərzində istifadəsi mövzüsunda tədbirdə iştirak etdilər. Tədbirdə Kiçik Akademiyanın sədri, BMT-nin gənc səfiri Aymar Babayev, Kiçik Akademiyanın rəhbəri İlahə Hüseynova, Xarici Dillər departamentinin koordinatoru Səfərova Banu, Coğrafiya fənni üzrə elmi rəhbər Məmmədova Mahirə, Tarix müəllimi Misirzadə Yeganə, Kiçik Akademiyanın Coğrafiya Departamentin üzvləri Həsənova Burlaxatun və Misirzadə Lalə iştirak ediblər
Tədbirdə Kiçik Akademiyanın sədri Aymar Babayev çıxış edərək məktəbimizin informatik coğrafi planlaşdırılması haqqında danışıb, layihənin Azərbaycanda təhsil müəssisələrində xüsusən Məktəblərdə təşkil olunmasının xüsusi olduğunu qeyd edib.
Ətraflı
Kiçik Akademiya üzvləri səfir cənab Ralf Hollermann və Alman İcmasının sədri cənab Gotthard Lemke ilə görüşüblər25 dekabr tarixində 7 nömrəli tam orta məktəbin Kiçik Akademiya üzvləri səfir cənab Ralf Hollermann və Alman İcmasının sədri cənab Gotthard Lemke ilə görüşüblər.
Ətraflı
9-20 dekabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində UNESCO-nun model konfransı keçirilib19-20 dekabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində UNESCO-nun model konfransı keçirilib. Konfransın mövzusu mədəniyyət, memarlıq və dövlət irsi abidələrinin dağıdılmasının qarşısın alınması idi. Kiçik Akademiyanın sədri, BMT-nin sülhməramlı nümayəndəsi Aymar Babayev təmsil etdiyi ölkənin hüquqlarını müdafiə etdi və çıxışında bütün nümayəndələri toplaşmaq və birlikdə sülhə yol tapmağa çağırıb. Konfransın sonunda isə Aymara Successfull delegate adı verilib.
Ətraflı
7 nömrəli tam orta məktəb şagirdlərinin ADPU-da tədqiqatı davam edir.Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb şagirdlərinin ADPU-da tədqiqatı davam edir.
11 dekabr tarixində Rumiyyə Camalovanın rəhbərlik etdiyi Kimya dərnəyinin üzvləri və Kiçik Akademiyanın kimyaçıları müxtəlif qatılıqlı məhlullar hazırlayıb "Kimyagərin yolkası"nı qurdular.
ADPU-nun laboratoriyasında şagirdlərimiz maddələri analitik tərəzidə dəqiq çəkərək suda həll edib məhlul hazırladılar.
Məhlulun hazırlanmasını, təcrübə nəzəriyyə praktika əlaqəsi çərçivəsində Kolb təlim təcrübə modelindən istifadə edərək öyrəndilər.
Məktəbin direktoru Könül Təhməzova dərs prossesini izləməklə yanaşı şagirdlərə tövsiyələr vermiş və uğurlar diləmişdir.
Baza məktəbi olan 7 nömrəli məktəbə bu şəraiti yaradan ADPU-nun rəhbərliyinə, Ümumi kimya və KTT kafedrasının müdiri dosent Reyhan Ağayevaya və məktəb şagirdlərinin təcrübə əsaslı öyrənməsini təmin edən ADPU müəllimi Rumiyyə Camalovaya təşəkkür edirik.
Ətraflı
KİÇİK AKADEMİYA ÜZVLƏRİ ADPU-NUN KİMYA LABORATORİYALARINDA OLUBLARUniversitet məktəb əlaqələrinin fəaliyyət planı əsasında Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin Kiçik akademiya üzvü olan 7-ci və 9-cu sinif şagirdləri məktəbin "Kimya elm kimi istedadlı şagirdlərin gözündə" kimya dərnəyinin rəhbəri, ADPU nun Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovanın rəhbərliyi ilə ADPU-nun kimya laboratoriyaları ilə tanış olmuş, bir neçə təcrübə əsaslı təlim modelini praktik olaraq həyata keçirmişlər. Maddələrin sehrli aləminə seyr etmək üçün şagirdlər öncə Ümumi kimya və KTT kafedrasının müdiri dosent Reyhan Ağayeva ilə görüşmüş, alimin xeyir dualarını almışlar. Reyhan xanım onlara tövsiyələr verərək laboratoriyada müstəqil tədqiqat aparmaları üçün uğurlar diləmişdir. Kiçik akademiyanın üzvləri maraqlı təcrübələrə çıxış etmiş, nəzəriyyənin praktika ilə əlaqəsini real əsaslandırmışdılar.
Ətraflı
7 nömrəli tam orta məktəbin "Kiçik Akademiyanın" fəaliyyətin bərpası ilə əlaqədar Kiçik Akademiyanın üzvləri ilə iclas keçirildiBaki şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın fəaliyyətinin bərpası ilə əlaqədar Kiçik Akademiyanın üzvləri ilə iclas keçirildi. İclasda 7, 8, 9, 10-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlərə Kiçik Akademiyanın məqsədləri, şagirdlərin vəzifələri haqqında məlumat verildi. İclasda Kiçik Akademiyanın rəhbəri İlahə Hüseynova, Kiçik Akademiyanın prezidenti Aymar Babayev və Kiçik Akademiyanın vitse-prezidenti Aydan Rəhimova çıxış ediblər. Şagirdlər səsvermə yolu ilə Kiçik Akademiyanın prezidentini, vitse-prezidentini və divar qəzeti mətbuat xidmətinin rəhbərini seçiblər. Kiçik Akademiyanın rəhbəri İlahə Hüseynova şagirdlərə öz ürək sözləriylə yanaşı Akademiyanın məqsədlərini, vəzifələrini izah edib və onlara elm yolunda uğurlar arzulayıb.
Ətraflı