7 nömrəli tam orta məktəbin "Kiçik Akademiyanın" fəaliyyətin bərpası ilə əlaqədar Kiçik Akademiyanın üzvləri ilə iclas keçirildi
Baki şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın fəaliyyətinin bərpası ilə əlaqədar Kiçik Akademiyanın üzvləri ilə iclas keçirildi. İclasda 7, 8, 9, 10-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlərə Kiçik Akademiyanın məqsədləri, şagirdlərin vəzifələri haqqında məlumat verildi. İclasda Kiçik Akademiyanın rəhbəri İlahə Hüseynova, Kiçik Akademiyanın prezidenti Aymar Babayev və Kiçik Akademiyanın vitse-prezidenti Aydan Rəhimova çıxış ediblər. Şagirdlər səsvermə yolu ilə Kiçik Akademiyanın prezidentini, vitse-prezidentini və divar qəzeti mətbuat xidmətinin rəhbərini seçiblər. Kiçik Akademiyanın rəhbəri İlahə Hüseynova şagirdlərə öz ürək sözləriylə yanaşı Akademiyanın məqsədlərini, vəzifələrini izah edib və onlara elm yolunda uğurlar arzulayıb.