KİÇİK AKADEMİYA ÜZVLƏRİ ADPU-NUN KİMYA LABORATORİYALARINDA OLUBLAR

Universitet məktəb əlaqələrinin fəaliyyət planı əsasında Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin Kiçik akademiya üzvü olan 7-ci və 9-cu sinif şagirdləri məktəbin "Kimya elm kimi istedadlı şagirdlərin gözündə" kimya dərnəyinin rəhbəri, ADPU nun Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovanın rəhbərliyi ilə ADPU-nun kimya laboratoriyaları ilə tanış olmuş, bir neçə təcrübə əsaslı təlim modelini praktik olaraq həyata keçirmişlər. Maddələrin sehrli aləminə seyr etmək üçün şagirdlər öncə Ümumi kimya və KTT kafedrasının müdiri dosent Reyhan Ağayeva ilə görüşmüş, alimin xeyir dualarını almışlar. Reyhan xanım onlara tövsiyələr verərək laboratoriyada müstəqil tədqiqat aparmaları üçün uğurlar diləmişdir. Kiçik akademiyanın üzvləri maraqlı təcrübələrə çıxış etmiş, nəzəriyyənin praktika ilə əlaqəsini real əsaslandırmışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi