HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb dünya üzrə 44 məktəbdən biridir ki, o  2009 -cu ildə " Novator Məktəblər Proqramında " iştirak üçün seçilmişdir.Bu da məktəbin qabaqcıl təlim texnologiyalarının səmərəli tətbiqinin önündə olması deməkdir. Bu sözlər " Microsoft Novator Məktəblər Proqramının Dəyərləndirmə Hesabatı" ndan götürülmüşdür ( 2010-cu il, iyun) M.Rahim adına 7 nömrəli tam orta məktəb 2009- cu ildə Microsoft Azərbaycan tərəfindən " Novator Məktəblər Proqramı "na təqdim olunmuş məktəblər içərisindən seçilmişdir. " Dünya İnnovativ Məktəblər " şəbəkəsinə qoşulmuş və dünyanın bir sıra məktəblərinin qabaqcıl təcrübələrini öyrənir. M.Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixi olan və bu gün müasirliyin önündə gedən qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvələrində, yəni 1928-ci ildə ibtidai - orta məktəb ( I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. 1940-1946 - cı illərdə məktəbin binasından hərbi hosbital kimi istifadə olunub . 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977- ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib. Məktəb " 2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən " Elektron məktəb " pilot layihəsinə daxil edilmişdir. Layihənin həyata keçirildiyi müddətdə tədris prosesinin təşkili və idarəolunmasında bir sıra müsbət dəyişikliklər baş vermişdir. Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsi, şagird nailiyyətlərinin valideynlər tərəfindən əldə edilməsi asanlaşmışdır. SMS vasitəsilə şagirdlərin qiymətləri haqqında valideynlərin məlumatlandırılması , elektron tədris resurslarının istifadəsi mövcuddur. Məktəbdə 2008-2012- ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində " 1 şagird : 1 kompüter " layihəsi tətbiq olunur. Təhsil Nazirliyinin və İntel Korporasiyasının birgə təşəbbüsü olan bu layihə məktəblilərə həm dərsdə, həm də evdə istifadəsi üçün netbuklar verilmişdir. 2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və " British Council Azerbaijan" tərəfindən həyata keçirilən " İngilis dilinin intensiv tədrisi " layihəsi çərçivəsində məktəb bir sıra uğurlara imza atmışdır. Həmin layihə məktəbin bütün siniflərini əhatə edir. Müəllimlərimiz elmi-metodik bilik və vərdişlərini gücləndirmək məqsədilə treninqlərdə iştirak edir, şagirdlər beynəlxalq layihələrdə iştirak edirlər. 2010-cu il 19 may , BŞTİ tərəfindən həyata keçirilən " TƏHSİL , ZAMAN VƏ BİZ" adlı layihəsində 7 nömrəli məktəb " İnnovativ məktəb" kimi təmsil olunmuşdur. Bu layihədə iştirakın əsas məqsədi təhsildə innovativ layihələri nümayiş etdirmək idi. Məktəb 7 ildir ki, " Partners in Learning Network"-Dünya innovativ məktəblər şəbəkəsinə üzvdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi ilə qalib olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi