7 nömrəli tam orta məktəb şagirdlərinin ADPU-da tədqiqatı davam edir.
Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb şagirdlərinin ADPU-da tədqiqatı davam edir.
11 dekabr tarixində Rumiyyə Camalovanın rəhbərlik etdiyi Kimya dərnəyinin üzvləri və Kiçik Akademiyanın kimyaçıları müxtəlif qatılıqlı məhlullar hazırlayıb "Kimyagərin yolkası"nı qurdular.
ADPU-nun laboratoriyasında şagirdlərimiz maddələri analitik tərəzidə dəqiq çəkərək suda həll edib məhlul hazırladılar.
Məhlulun hazırlanmasını, təcrübə nəzəriyyə praktika əlaqəsi çərçivəsində Kolb təlim təcrübə modelindən istifadə edərək öyrəndilər.
Məktəbin direktoru Könül Təhməzova dərs prossesini izləməklə yanaşı şagirdlərə tövsiyələr vermiş və uğurlar diləmişdir.
Baza məktəbi olan 7 nömrəli məktəbə bu şəraiti yaradan ADPU-nun rəhbərliyinə, Ümumi kimya və KTT kafedrasının müdiri dosent Reyhan Ağayevaya və məktəb şagirdlərinin təcrübə əsaslı öyrənməsini təmin edən ADPU müəllimi Rumiyyə Camalovaya təşəkkür edirik.