Kiçik Akademiyanın yekun tədbiri
M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Qəliblərdən Qəlblərə” adlı kimya və biologiya gecəsi!
Məktəbin Kiçik Akademiya üzvü olan şagirdləri və ADPU-nun Kimya Biologiya fakultəsinin təcrübəçi tələbələrinin təşkilatçılığı ilə həm elmi, həm də yaradıcı istiqamətli tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Könül Təhməzova, məktəbin müəllimləri Şəfiqə Cəfərova, Sofiyaxanım Qasımova, Mehriban Əsədova, ADPU-nun metodistləri Rumiyyə Camalova,Sevda Muradova və dosenti Fəridə Xudiyeva iştirak etdilər.
“Uçan alov”, “Kimyanın rəngarəng sirləri”, “Əl izinin sirri”, “Sehrli məktub” kimi maraqlı təcrübələr və səhnəciklər şagird və gələcək müəllimlərin iştirakı ilə təqdim olundu. Kiçik Akademiya üzvlərinin çıxışları isə tədbirə xüsusi rəng qatdı.
Direktor Könül xanım Təhməzova çıxışında həm tələbələri, həm də rəhbərləri yüksək qiymətləndirərək ADPU ilə olan əməkdaşlığın uğurla davam etdiyini bildirdi.
Elm, yaradıcılıq və əməkdaşlığın gözəl nümunəsi!