“Qalib Sinif”
M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 9A sinif şagirdləri buraxılış imtahanında yüksək nəticə göstərərək “Qalib Sinif” adına layiq görülüblər.
Sinifin 31 şagirdindən 10 şagird 250 baldan, 16 şagird isə 200 baldan yuxarı nəticə əldə edib.
Əzmkarlıq və birlik nümunəsi göstərən 9A sinifinin hər bir şagirdini təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!