Ziyanlı Vərdişlərə Yox Deyək!

22 aprel 2025-ci il tarixində Səbail Rayon Polis İdarəsi tərəfindən M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” və “Erkən nikah hallarının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Təhməzova qonaqları tədbir iştirakçılarına təqdim edib və narkomaniya ilə erkən nikaha qarşı mübarizənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail Rayon Polis İdarəsi-İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Emin Bağırzadə, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, Səbail Rayon İcra Hakimiyyəti - İctimai və Humanitar məsələlər üzrə şöbə müdiri Leyli Mirzəyeva eyni zamanda məktəbin şagird və valideynləri iştirak ediblər.
Tədbir zamanı şagirdlərə narkomaniyanın fiziki və psixoloji fəsadları, zərərli vərdişlərin qarşısının alınmasının yolları, erkən nikahın fərdi inkişaf və cəmiyyətə təsiri barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Maarifləndirici görüşdə valideynlərində iştirakına imkan yaradıldığına görə və bu istiqamətdə göstərdikləri dəstəyə görə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi