“Novruz bayramı”na həsr olunmuş “Şən startlar” yarışı keçirilib.
M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5-ci sinif şagirdləri arasında “Novruz bayramı”na həsr olunmuş “Şən startlar” yarışı keçirilib.
Yarışın yekununda qalibləri BŞGİİ-nin Səbail rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları diplom, sertifikat, medal və kubokla təltif edib.