M.Rahim adına 7 nömrəli tam orta məktəbdə tələbə krediti ilə bağlı 9, 10 və 11-ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirildi.
Görüş zamanı Təhsil Tələbə Kredit Fondunun əməkdaşı, Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, şagirdlərə təhsil kreditlərinin şərtləri, müraciət qaydaları və geri qaytarılma prosesləri barədə ətraflı məlumat verildi. Məqsəd, gələcəkdə ali təhsil almaq istəyən şagirdləri maliyyə imkanları barədə məlumatlandırmaq və onların seçim prosesini asanlaşdırmaq idi. Şagirdlərə tələbə kreditlərinin üstünlükləri, dövlət tərəfindən təqdim edilən dəstək mexanizmləri və kreditlərdən düzgün istifadənin əhəmiyyəti vurğulandı. Şagirdlərin sualları cavablandırıldı və onlara mövzu ilə bağlı əlavə resurslara yönləndirmələr edildi.