“ Rəqəmsal bacarıqlar” layihəsi
Təhsil Nazirliyi və Training Plus MMC-nin birgə layihəsi olan “ Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbin 5-8ci sinif şagirdləri arasında rəqəmsal savadlılıq, kibertəhlükəsizlik, kibercinayətlər və kiberbullinq həmçinin rəqəmsal vətəndaşlıq mövzusunda məlumatlandırma təlimləri keçirilmişdir.
Təlimlərdə şagirdlərlə adıçəkilən mövzularda müzakirələr aparılmış, buzqıran və komanda işləri keçirilmiş, bukletlər paylanılmışdır. Təlimlər Günay İbrahimova tərəfindən keçirilmişdir.