Təcrübəçi tələbələrlə məktəb rəhbərliyinin görüşü.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının,Azərbaycan Dillər Universitetinin tələbələri M.Rahim adına 7 nömrəli tam orta məktəbdə pedaqoji təcrübəyə başlayıb.
M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova təcrübəçi tələbələrlə görüşdə İlk peşəkar təcrübə zamanı əldə olunan bilik və bacarıqlar, həmçinin formalaşan ilkin təəssüratların tələbələrin gələcək karyerasına təsirindən danışdı.
Tələbələrlə görüşdə məktəbin fəaliyyəti, nizam-intizam qaydaları haqqında məlumat və uğurlu təcrübə dövrü keçirmələri üçün tövsiyələr verildi.
Gələcəyin müəllimi olan tələbələrə uğurlu və məhsuldar pedaqoji təcrübə keçməyi arzulayırıq!