İdman Uğurlarıyla Parlayan Məktəbimizin İdmançı Şagirdləri

İdman Uğurlarıyla Parlayan Məktəbimizin İdmançı Şagirdləri

“Bədən Tərbiyəsi və İdman Günü” həftəsi çərçivəsində M. Rahim adına 7 nömrəli tam orta məktəbdə tədbirlər davam edir.

“İdman həftəsi”nin proqramı çərçivəsində məktəb rəhbərliyi idmanda nailiyyət qazanan şagirdlərlə görüş keçirib. Görüşdə şagirdlər iştirak etdikləri yarışlar, qazandıqları uğurlar və idmandakı təcrübələri barədə danışdılar. Eyni zamanda, onlar gələcək hədəfləri və daha böyük uğurlar əldə etmək üçün planlarını bölüşdülər.

Bundan əlavə, məktəbimizdə təcrübə mübadiləsində olan Azərbaycan İdman Akademiyasının təcrübəçi tələbələri də öz idman uğurları haqqında danışaraq şagirdlərə faydalı tövsiyələr veriblər. Tələbələr, həmçinin, idmanın əhəmiyyəti, sağlam həyat tərzi və peşəkar idmanda uğur qazanmağın yolları haqqında maraqlı fikir mübadiləsi aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi