M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Narkotik – əsrin bəlasıdır. Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Səbail rayon polis idarəsinin rəisin şəxsi heyətlə köməkçisi polis palkovnik-leytenantı Fəxrəddin Babayev, idarənin yetkinlik yaşına çatmayanlarla inspektoru, polis kapitanı Əkbər İbayev, idarənin yetkinlik yaşına çatmayanlarla inspektoru, polis baş leytenantı Elmir Ağakişiyev və 39cu polis bölməsinin sahə inspektoru, polis leytenantı Azər Əhmədov iştirak edib.

Görüşdə şagirdlərə narkotiklərin zərərləri, hüquqi məsuliyyət və cəmiyyət üçün yaratdığı təhlükələr izah edilib. Polis əməkdaşları yeniyetmələri sağlam həyat tərzi seçməyə çağırıb, onların suallarını cavablandırıblar.

Tədbirin əsas məqsədi gəncləri maarifləndirmək və zərərli vərdişlərdən uzaq tutmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi