5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş OCEP layihəsi çərçivəsində üç məktəb arasında “Şən Startlar” yarışı keçirilib.
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş OCEP layihəsi çərçivəsində üç məktəb arasında “Şən Startlar” yarışı keçirilib. Yarışda Səbail rayonunun 189-190 nömrəli məktəb - Argentinanı, 7 nömrəli məktəb - Niderlandı, 2 nömrəli məktəb-liseyi isə - Kipri təmsil edib. Tədbirdə 189-190 nömrəli məktəbin direktoru Fayaz Hüseynov çıxış edərək idmanın əhəmiyyətindən, dövlətimizin bədən tərbiyəsi və idmana göstərdiyi qayğısından, idmanla təhsilin müsbət vəhdətindən danışdı.
Yarış proqramına dörd estafet oyunu, məktəb idmançılarının nümunəvi çıxışı və bədii hissə daxil idi. Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin əməkdaşları Ruslan Məmmədov və Nərmin Kərimova iştirak edərək, yarış iştirakçılarını kubok və xüsusi sertifikatlarla təltif etdilər. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.