M.Rahim adına 7 nömrəli tam orta məktəbdə monitorinq və buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair sinif rəhbərlərinin iclası keçirildi

M.Rahim adına 7 nömrəli tam orta məktəbdə monitorinq və buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair sinif rəhbərlərinin iclası keçirildi. İclas zamanı məktəbdə işgüzar, sağlam, emosional və psixoloji mühitin təmin edilməsinin, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasının, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasının, təhsilverənlərin nüfuzunun yüksəlməsinin, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasının vacibliyi,monitoring və buraxılış imtahan nəticələrinə uyğun olaraq müəyyənləşdirilən hədəflər məktəbin direktoru Könül Təhməzova tərəfindən kollektivin nəzərinə çatdırıldı.
Eyni zamanda iclasda “Təhsilverənlərin etik davranış qaydaları” nın 3.6 bəndi haqqında söhbət aparılaraq korrupsiya hallarına qarşı mübarizə ilə bağlı məlumatların yenidən nəzərdən keçirilməsi , qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqəli neqativ hallara yol verilməməsi,IV, VI və IX siniflərdə monitorinq imtahanlarla bağlı məşğələlərin aparılmasına diqqət edilməsi,elektron jurnalların vaxtında işlənməsi, “Rəqəmsal məktəb”platformasının müəllim,valideyn və şagirdlərin qeydiyyatdan keçmələri haqqında müzakirələr aparıldı,müəyyən tapşırıqların icrası müəllimlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi