7nömrəli məktəbdə valideyn iclaslarının keçirilməsi davam edir.

7nömrəli məktəbdə valideyn iclaslarının keçirilməsi davam edir.
7nömrəli tam orta məktəbdə məktəb rəhbərliyinin iştirakı ilə keçirilən iclasda şagirdlərin I yarımil üzrə dərs müvəffəqiyyəti, nizam-intizam qaydaları, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və digər vacib məsələlər müzakirə edilib.
Valideyn iclasında valideynlərə məktəbin keyfiyyət göstəriciləri, 4,6 və 9 -cu siniflərdə tədris ili ərzində keçiriləcək monitorinqlər barədə məlumat verilib.
Eyni zamanda valideynlərə məktəbdə tətbiq olunan Bilbacar ,Cerebry layihələrinin mahiyyəti və şagirdlərin akademik inkişafına təsiri barədə də məlumat verildi.
Rəqəmsal Məktəb platformasında qeydiyyat prosesi, bu sistemin üstünlükləri və istifadə qaydaları izah edildi. Qeydiyyatla bağlı çətinlik çəkən valideynlərə əlavə texniki dəstək göstəriləcəyi bildirildi.
Direktor valideynləri məktəbin təlim-tərbiyə işlərində daha fəal iştirak etməyə çağırıb və onların suallarını cavablandırıb.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi