21 fevral “Beynəlxalq Ana dili” Günü münasibəti ilə 20 fevral 2025-ci il tarixində “Ana dilim- Mənim milli varlığımdır” adlı məktəblərarası “Bilik Yarışı” təşkil edildi.

Yarışda Səbail məktəblərindən ibarət 7, 91, 189-190, 203 və 236 nömrəli məktəblərinin rus bölməsinin 7-ci sinif şagirdlərindən ibarət 5 komanda iştirak etdi. İlk öncə dövlət himni səsləndirildi, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Yarış 5 mərhələdən və hər mərhələ 10 sualdan ibarət təşkil edilmişdi. Komanda üzvləri hər mərhələ üzrə sualları cavablandıraraq münsiflər heyətinə təqdim etdilər. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdi.

Sonda qalib komandalara, eləcə də
iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi