“Konstitusiya və Suverenlik ili”
Prezidentin Sərəncamına əsasən, 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu münasibətlə M.Rahim adına 7 nömrəli tam orta məktəbin VIII “A” sinfində sinif rəhbəri Səfiyyə Zeynalovanın təşkilatçılığı ilə bilik yarışı keçirilib.
Qarabağ, Xarı Bülbül və Şuşa komandalarından ibarət yarışda Şuşa komandası qalib olub.